Amur çayında suyun səviyyəsi qalxır
22 Avqust 2013 Cümə Axşamı 18:55
Xabarovsk şəhərinin meri Andrey Sokolov bildirib ki, hadisələrin bu şəkildə inkişafı diyar paytaxtının bir neçə məhəlləsinin evakuasiyasını qaçılmaz edə bilər.
Son sutka ərzində Amur çayında suyun səviyyəsi 7 metri aşıb və hakimiyyət suyun daha 80 santimetr qalxdığı təqdirdə əhalinin evakuasiyasına başlayacağını bildirir. ANS PRESS-in "BBC"yə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi yerli xidmətlərlə yanaşı bəzi yerlərdəki bəndlərin 8 metrədək qaldırılmasına çalışır.
Rəsmilər təhlükəli sahələrdə mövcud bəndlərin möhkəmləndirilməsi və sunun qarşısını alacaq yeni bəndlərin salınması üzrə işlərin sürətləndirildiyini bildirir:
"Elə bir vaxtlar çatır ki, evakuasiyasız keçinməyin mümkün olmadığını başa düşürsən. Bu həmin vaxtlardan biridir"
Andrey Sokolov bildirib ki, Xabarovsk şəhərinin meri Bölgənin mərkəzi Xabarovsk şəhəri də daxil olmaqla daşqın zonası 22 yaşayış məntəqəsini əhatə edir.
Mütəxəssislər daşqının hələ zirvəsinə çatmadığını deyirlər. Həftənin sonunadək su daha 25-75 santimetr arta bilər. Psixoloq, xilasedici və polis əməkdaşlarından təşkil olunmuş qruplar suyun altında qala biləcək əraziləri gəzərək sakinlərə evakuasiya olunmağı təklif edirlər. Hərçənd ki, Fövqəladə Hallar Nazirliyinə əsasən heç də hamı evlərini tərk etməyə razılaşmır. Hakimiyyət orqanları milyardlarla dollar həcmində kompensasiya ödəməyə hazırlaşırlar.
Leysan yağışlar və çaylarda suyun kəskin artmasına görə Xabarovsk diyarı ilə həmsərhəd Amur, Maqadan və Yəhudi Müxtar Vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Xabarovsk şəhərinin meri Andrey Sokolov bildirib ki, hadisələrin bu şəkildə inkişafı diyar paytaxtının bir neçə məhəlləsinin evakuasiyasını qaçılmaz edə bilər:
"Elə bir vaxtlar çatır ki, evakuasiyasız keçinməyin mümkün olmadığını başa düşürsən. Bu, həmin vaxtlardan biridir”.
Daşqın nəticəsində Xabarovsk diyarındakı bir neçə xidmətin işi pozulub. Knyaze-Volkonskoye kəndinin su təchizatı kəsilib.
Tayejnoe kəndi isə 10 gündür ki, elektriksiz qalıb.
DOSTLARINLA PAYLAŞ: