Akkord xeyriyyə tədbiri keçirib
20 Avqust 2012 Bazar Ertəsi 10:18
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC geniş xeyriyyə tədbiri keçirib.
ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, müqəddəs “Ramazan Bayramı” ilə əlaqədar olaraq Korporasiyanın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonundakı Saray qəsəbəsi, 7 saylı Uşaq İnternat Evində yaşayan uşaqları ziyarət ediblər.
Buradakı 150 nəfər əqli cəhətdən qüsurlu və əlil uşaqlar üçün gətirdikləri bayram sovqatını, uşaqların ehtiyacı olan çoxçeşidli məişət və gigiyena vasitələrini onlara təqdim ediblər. Ziyarət zamanı “İnkişaf Naminə İdman” İctimai Birliyinin və Milli Paralimpiya Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanmış şən və inklüziv oyunlarında İnternat Evinin uşaqları öz idman bacarıqlarını nümayiş etdiriblər.
Daha sonra Korporasiyanın nümayəndələri idman bacarığını nümayiş etdirən İnternat Evinin gənc idmançılarına bayram hədiyyələri paylayıblar.
Sonra Korporasiya kollektivi Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və Əmək Əlilləri üçün Pansionatında olublar. 193 nəfərin yaşadığı pansionatdakı ahıllara bayram sovqatı paylanıb.
Korporasiya əməkdaşlarının növbəti ziyarətgahı Mərdəkan qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müalicə Pansionatı olub. Bayram sovqatı ilə bərabər hava şəraitinin isti keçməsi ilə əlaqədar otaqların kondisionerlə təmin olunması məsələsi də Korporasiya tərəfindən həllini tapıb.
Ən sonda isə Korporasiyanın doğmalarının müalicəsi ilə bağlı müraciət edən əməkdaşları yad edilib.
DOSTLARINLA PAYLAŞ: