Ölkə

Aileli kursantlarına kiraye pulu verilecek

Bu barede Nazirler Kabineti qerar qebul edib.

· Xəbərçi
Aileli kursantlarına kiraye pulu verilecek
Hərbi qulluqçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına mənzilin kirayəsi üçün pul veriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanın 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hərbi qulluqçulara (xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərara dəyişiklik edib. Dəyişikliyə görə, qərarının adına və 1-ci hissəsinə "xüsusi təyinatlı təhsil" sözlərindən əvvəl "hərbi qulluqçu hazırlayan" sözləri əlavə edilib.

Şərhlər