Ağdamda küp tapılıb
20 İyul 2013 Şənbə 20:26
Küp Tarixi Muzeyinin böyük marağına səbəb olub.
Ağdamda orta əsrlərə aid küp tapılıb. EL TV məlumat verir ki, Ağdam rayonu, Üçoğlan kənd sakini Hafiz Gözəlovun həyətyanı sahəsində quyu qazılarkən yerin təxminən 1 metr 50 santimetr dərinliyindən iri küp tapılıb.

Qədim küp Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin böyük marağına səbəb olub.

Ev sahibinin müraciətindən sonra muzey əməkdaşları tapıntı yerində olublar. Muzeyin Arxeologiya fond şöbəsinin müdiri Nasir Quluzadənin sözlərinə görə, tapılan küp orta əsrlərə aiddir və orta əsrlər Azərbaycan tayfaları üçün xarakterikdir.
Qeyd edək ki, Üçoğlan kəndi ilə yanaşı, rayonun bir neçə digər kəndində də təsərrüfat işləri zamanı qədim əşyalara tez-tez rast gəlinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar