ABU Tibb Fakültesi dekanı olmuş Xudayar Hesenov hebs edildi
29 Oktyabr 2014 Çərşənbə 12:46
Azerbaycan Beynelxalq Universitetinin ABU Tibb Fakültesi dekanı olmuş Xudayar Hesenov rüşvet aldığına göre hebs olunub.
Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde fealiyyetini dayandırmış Azerbaycan Beynelxalq Universitetinin Tibb Fakültesinin dekanı olmuş Xudayar Hesenovun cinayet işi üzre mehkeme prosesi başa çatıb.

ANS PRESS-in lent.az-a istinaden verdiyi melumata göre, hakim Ramella Allahverdiyevanın sedrliyi ile keçirilen prosesde teqsirlendirilen şexse hökm oxunub. Mehkemenin hökmü ile Xudayar Hesenov 4 il müddetine azadlıqdan mehrum edilib. Zaminde olan Xudayar Hesenov mehkeme zalında hebs edilib.

Xudayar Hesenov Cinayet Mecellesinin 308.2 (vezife selahiyyetlerinden sui-istifade ağır neticelere sebeb olma ), 311.3.1, 311.3.2, ve 311.3.3 (rüşvet alma ) maddeleri ile ittiham edilib.

İttihama göre, universitetin rektoru ve diger mesul şexslerle elbir olub. Onlar TQDK-nın xetti ile imtahan vererek ali mekteblere qebul oluna bilmeyen abituriyentlerin valideynlerinden külli miqdarda rüşvet alıblar.

Bunun müqabilinde hemin şexslerin Dağıstan Respublikasının Mahaçqala şeherinde yerleşen Maliyye ve Hüquq İnstitutunda, Derbend şeher S.Stalski adına Açıq Sosial Universitetinde ve Derbend Humanitar İnstitutunda tehsil almaları haqda arayışlar hazırlayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar