ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıdadır
28 Avqust 2012 Çərşənbə Axşamı 21:48
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstar Bakıya gəlib.
APA-nın verdiyi xəbərə görə, Morninqstar Bakının “Heydər Əliyev” adına beynəlxalq hava limanında jurnalistlərlə görüş zamanı bildirib ki, Azərbaycanda səfir missiyasını icra etməkdən məmnundur.

O deyib ki, ilk dəfə Azərbaycana 1995-ci ildə səfər edib. 17 ildir ki, vaxtaşırı Azərbaycana gəlir. “Mən Azərbaycan hökuməti ilə birgə işləməyi, Azərbaycan xalqını yaxından tanımağı səbirsizliklə gözləyirəm”.
Morninqstar deyib ki, ABŞ Azərbaycan ilə əlaqələrinə böyük önəm verir. O yeni vəzifədə regionun, enerji sektorunun inkişafına və terrorçuluqla mübarizəyə dəstək verəcəyini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar