Abbas Abbasovun oğlu haqqında açıqlama
23 İyul 2013 Çərşənbə Axşamı 12:35
Eldar Sultanov mətbuatda yayılan bu informasiyaya münasibət bildirib.
İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərova qarşı 15 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işinin qaldırılması barədə mətbuatda məlumat yayılıb. Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuatda yayılan bu informasiyaya münasibət bildirib. O, məlumatı təkzib edib: “Belə bir cinayət işi başlanmayıb. KİV-də bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Eldar Sultanov həmçinin millət vəkili Aydın Abbasov barədə Korrupsiyaya Mübarizə İdarəsi tərəfindən araşdırma başlanması ilə bağlı məlumata da münasibət bildirilib. Onun sözlərinə görə, millət vəkili Aydın Abbasovla bağlı heç bir araşdırma başlanılmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar