Ölkə

52 binaya qaz verilib

Bu binalardan 25-i ilin birinci rübündə, 27-i isə ikinci rübdə qazlaşdırılıb.

· Xəbərçi
52 binaya qaz verilib
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin birinci yarısında Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, 52 belə çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalardan 25-i ilin birinci rübündə, 27-i isə ikinci rübdə qazlaşdırılıb.

Xatrırladaq ki, 2012-ci ildə “Azəriqaz” İstehsalat Birliyi 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

Şərhlər