250 vezifeli şexs haqqında 138 cinayet işi açılıb
01 Oktyabr 2013 Çərşənbə Axşamı 11:19
Zakir Qaralov: Xüsusile ölkede korrupsiya fakları hele de mövcuddur.
“Məhkəməyə 250 vəzifəli şəxs haqqında 138 cinayət işi təqdim olunub. Bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, xüsusilə ölkədə korupiya faktları hələ də mövcuddur. Bu istiqamətdə prokroluq tərəfindən ciddi addımlar atılacaq. Baş prokror bu istiqamətdə mövcud olan qanunvericilik bazasının zəifliyini də vurğulayıb.

Z. Qaralov ölkədə olan korrupsiya faktlarının çoxluğundan bəhs edib. Onun sözlərinə görə Prokurorluğun fəliyyətində də nöqsanlar və problemlər mövcuddur. İnsanların cavablandırılmamış ərizələri çoxdur və prokrorluq orqanları tərəfindən insanların bütün şikayətləri vaxtında cavablandırılacaq.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov və prokurorluğun əməkdaşları peşə bayramları münasibəti ilə bu səhər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin, Şəhidlər Xiyananında Azərbaycanın müstəqilliyi və Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar