Ölkə

2 nəfər dənizdə batmaqdan xilas edildi

FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

· Xəbərçi
2 nəfər dənizdə batmaqdan xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları 2 nəfəri dənizdə batmaqdan xilas ediblər. ANS PRESS FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonu ərazisində rezin qayıqla dənizə çıxmış 2 nəfər batmaq təhlükəsilə üzləşib.

Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Onlar qayıqdakı şəxsləri sahildən 1 km uzaqlıqda xilas ediblər.

Şərhlər