Ölkə

14 uşaq evi bağlandı

Dövlət uşaq müəssisələrindəki uşaqların sayı azaldılıb.

· Xəbərçi
14 uşaq evi bağlandı

Ölkə ərazisində fəaliyyət göstərən dövlət uşaq müəssisələrinin sayı azaldılıb. Belə ki, 14 uşaq evi bağlanıb. Səbəb uşaq evlərinə düşən uşaqların sayının artmasının qarşısının alınmasıdır.

Təhsil Nazirliyinin Deinstitutlaşdirma və Uşaqlarin Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sözlərinə görə, 2006-cı ildə ölkə ərazisində fəaliyyət göstərən dövlət uşaq müəssisələrinin sayı 55 idisə, indi bu rəqəm 41-ə endirilib. Hazırda uşaq evlərində 8336 uşaq var ki, onlardan 3671 nəfəri orda gecələyir. Tam kimsəsizlərin sayı 509 nəfərdir.

Şərhlər