Ölkə

117 mehkum azadlığa buraxılıb

Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının icrası davam edir.

· Xəbərçi
117 mehkum azadlığa buraxılıb
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının icrası davam edir.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Xidmətin cəzaçəkmə müəssisələrində, o cümlədən qadın məhkumların saxlanıldıqları 4 saylı cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatmayanların Tərbiyə müəssisəsində amnistiya qərarının icrası ilə bağlı yaradılmış müvafiq komissiya üzvlərinin iştirakı ilə məhkumların azadlığa buraxılması təmin edilib.

Beləliklə, mayın 17-dək Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə amnistiya qərarının təsiri dairəsinə düşən 117 nəfər məhkum azadlığa buraxılıb.

Şərhlər