Xəstəxananıbn və tibb personalının hara köçürüldüyü məlum deyil.
Ərazidə aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 1 saylı doğam evinin fəaliyyətini dayandırıb. Doğum evinin pasientlərinin və personalının hansı xəstəxanaya köçürülməsi ilə bağlı mövqe öyrənmək üçün xəstəxananın rəhbərliyi ilə görüşmək istədik. Ancaq qapıda dayanan gözətçi doğum evində heç kimin olmadığını və tibb ocağının fəaliyyətinin dayandırdığını bildirdi.
Bakı Şəhər Baş Səhiyyə İdarəsindən doğum evinin parkın salınması ilə əlaqədar sökülməsini təsdiqlədi və müəsisənin harda tikilməsi ilə bağlı məlumatın olamadığı bildirildi. O ki qaldı xəstəxananın personalına, idarədən bildirildi ki Nazirlər Kabinetinin qərarına əsasən tibb müəssisələrində təmir bərpa işləri aparılan zaman işçilərin əmək haqları ödənilməklə məzuniyyətə göndərilir.