Azərbaycanın xalq artisti Yaşar Nuri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə təltif edilib.
İttifaqdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı qərar ARKİ-nin bu gün keçirilən IV iclasında qəbul olunub. Xalq artistinə bu mükafat 2 avqust Kino Günündə təqdim ediləcək.
İclasda, həmçinin 2 avqust kino işçilərinin peşə bayramı - Kino Günü ilə bağlı hazırlıq işləri müzakirə edilib. Bundan başqa iclasda fəxri adlara təqdimat, İttifaqın əsasnaməsi, strukturu və üzvlüyə qəbul məsələləri müzakirə olunub.
Yaşar Nuriyə mükafat verildi
Xalq artistinə Milli Kino Mükafatı 2 avqust Kino Günündə təqdim ediləcək.




Şərhlər