Xalq artisti Yaşar Nurinin vəziyyətində yaxşılaşma müşahidə olunmur. Bu haqda məlumatı ANS-ə sənətkarın qızı Ülviyyə Nuriyeva verib. Xatırladaq ki, xalq artisti Yaşar Nurinin durumu noyabrın əvvəlində qəflətən yenidən pisləşib və aktyor Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
Bir müddət əvvəl isə ağır vəziyyətdə olan Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhəti ilə əlaqədar İstanbul “Memorial” xəstəxanasının həkimi Bakıya gəlmişdi. Həkimlər aktyora ağ ciyər pnevmoniyasi diaqnozu qoyublar.
Yaşar Nurinin vəziyyətində yaxşılaşma müşahidə olunmur
Bu haqda ANS-ə sənətkarın qızı Ülviyyə Nuriyeva məlumat verib.




Şərhlər