Xalq artisti Yaşar Nuri: “Yəqin ki, sentyabr-oktyabr aylarına Bakıya qayıdaram”.
Hazırda Türkiyədə xəstəliyi ilə bağlı müalicə olunan xalq artisti Yaşar Nuri səhhəti ilə bağlı ANS-ə danışıb.
Xalq artisti bildirib ki, onunla yaradılan telefon bağlantısı gözəl bir vaxta – Ramazan bayramına təsadüf edir. Y. Nuri ilk növbədə Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edib: “Arzum budur ki, sağ-salamat bu bayramı qeyd edək. Bu, sağlamlıq bayramıdır. Bizim tanrıya inamımızı artırır”.
Səhhətindən söz açan xalq artisti deyib ki, səhəti yaxşıdır: “Yəqin ki, sentyabr-oktyabr aylarına Bakıya qayıdaram”.