Xalq artisti Ramiz Ezizbeyli xestexanadan eve buraxılıb
20 İyul 2013 Şənbə 12:44
Xalq artisti Ramiz Ezizbeyli: İnşallah tezlikle ayağa qalxıb, işimin başına qayıtmaq isteyirem.
Xalq artisti, aktyor Ramiz Əzizbəyli xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya açıqlama verən R. Əzizbəyli on günlük müalicə kursundan sonra özünü yaxşı hiss etdiyini deyib:

“Şükür Allaha ki, indi yaxşıyam. Vəziyyətim qənaətbəxşdir. Müalicəmə artıq evdə davam edəcəyəm. İnşallah tezliklə ayağa qalxıb, işimin başına qayıtmaq istəyirəm”.

Qeyd edək ki, ikinci dəfə iflic keçirən aktyor Kliniki Tibbi Mərkəzdə müalicə olunurdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar