Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində uşaqlar üçün iki tamaşa nümayiş olunacaq. Muzeydən ANS PRESS-ə verilən məlumata görə, bunlar “Qırmızı papaq” və “Çırtdan və dostları” musiqili tamaşalarıdır. Tamaşa saat 14:00-da, uşaqların iştirakı ilə oynanılacaq. Tədbirdə iştirak pulsuzdur.
Xalça muzeyindən uşaqlara sürpriz
Muzeydə bu gün uşaqlar üçün iki tamaşa nümayiş olunacaq.




Şərhlər