Mədəniyyət

Vətənpərvərlik mahnıları festivalı

Qaliblər Gənclər və İdman Nazirliyinin «Diplom»ları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar

· Xəbərçi
Vətənpərvərlik mahnıları festivalı

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında «Hünər» IV Vətənpərvərlik mahnıları festivalının  qalibləri məlum olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, festivalda 55 nəfər iştirak edib. Münsiflər heyətinin qərarına əsasən, I yeri Zərdab rayonundan Sevda Nurəliyeva, II yeri Sumqayıt şəhərindən «Damla» qrupu, III yeri Xətai rayonundan Azad Şabanov tutub. Qaliblər nazirliyin «Diplom»ları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar. 

Festivalın seçim turu 28 mart tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib. Festival prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli 982 saylı Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)»nın 1.14-cü bəndinə uyğun olaraq keçirilib. /ANSPRESS/

 

Şərhlər