Ukraynada uzunqulaq muzeyi açılıb
05 Aprel 2009 Bazar 10:20
Muzeydə 100-dən artık eksponat və müxtəlif sənədlər var
Ukraynada, Krım kəndlərindən biri olan Zalesnoedə uzunqulaq muzeyi açılıb. Muzey yerli «Möcüzə uzunqulaq» fermasının sahibi tərəfindən yaradılıb. Muzey sahibinin sözlərinə görə, buradan 100-dən artık eksponat və müxtəlif sənədlər var. Muzeyə giriş isə pulsuzdur. Belə qeyri adi muzeyin yaradılmasında məqsəd isə adıçəkilən heyvanın tarixdəki, müharibələrdəki rolunu göstərməkdir. «Krım müharibəsi vaxtı uzunqulaq ilə kiçik güllələr,yemək və sairə daşınırdı. Onlar həm də Böyük Vətən müharibəsi illərində partizan hərakatında da iştirak ediblər».
Qeyd edək ki, ötən il eyni şəxs Zalesnom kəndində uzunqulağa heykəl qoydurmuşdu.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar