Mədəniyyət

Türkiyənin tanınmış kino aktyoru Hamit Haskabal vəfat etdi

Qəfildən halı pisləşən 64 yaşlı Hamit Haskabal xəstəxanada dünyasını dəyişib.

· Xəbərçi
Türkiyənin tanınmış kino aktyoru Hamit Haskabal vəfat etdi
Türkiyənin “Yeşilçam” kinematoqrafiyasının tanınmış aktyorlarından biri olan Hamit Haskabal vəfat edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, bir gün əvvəl aktyorun evdə qəfildən halı pisləşib və xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1947-ci ildə Konya şəhərində dünyaya gələn Hamit Haskabal 50-yə yaxın filmdə və serialda çəkilib. Aktyor “Hababam sinifi”(3 film), “Maskeli beşler” (3 film), “Sakar Şakir” və s. məşhur filmlərdə rol alıb.

Şərhlər