Dahi Üzeyir Hacıbəyov onun barəsində “Qəlbləri ovsunlayan səs” demişdi
Zamanında çox sevilən və ən arzulanan müğənnilərdən biri olan, Opera səhnəmizdə Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə oynayan Sona Aslanova ötən il 87 yaşında Los-Anceles şəhərinin “Kaiser” xəstəxanasında vəfat edib.
Səsi və mahnıları ilə yaddaşımıza dərin iz salan, mükəmməl yaradıcılığı və pedoqoji fəaliyyəti ilə Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri olan Sona Aslanova Bül-Bül və Rəşid Behbudov kimi Azərbaycan mədəniyyətinin məşhur simalarından biri hesab olunurdu.
Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Ali və orta təhsilini doğma şəhərində alıb. Burada ailə qurub, sənət zirvəsinə yüksəlib. Özünə yüzlərlə pərəstişkar qazanan Sona Aslanovanın səsini dahi Üzeyir Hacıbəyov “Qəlbləri ovsunlayan səs” adlandırmışdı. Üzeyir Hacıbəyovdan dərs alan Sona Aslanova 200-dən çox mahnı ifa edib və 12 bədii filmə çəkilib. “Bizim cəbiş müəllim”, “Görüş”, “Telefonçu qız”, “Bizim küçə”, “O qızı tapın” kimi filmdərdə yadda qalan obrazlar yaradıb.
1952-ci ildə Konservatoriyanı bitirəndən həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən artıq kadrın yetişməsində fədakarlıq göstərib. İtaliyalı Sofe İkonovna Qorskadan dərs alan əməkdar artist uzun illər Azərbaycan televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarlarının nəğmələrini böyük coşqu və məharətlə ifa edib.
Sona Aslanova 1994-cü ildən Amerika Birləşmiş ştatlarında yaşayırdı. Qeyd edək ki, Sona Aslanova 1956-ci ildə Xalq artsiti, 1959-cu ildə isə Şərəf nişanı ordeni adına layiq görülüb.