Şeyx Sənan gürcü dilində səhnələşdiriləcək
08 Yanvar 2012 Bazar 13:11
Tamaşaya Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze quruluş verəcək.
Böyük ədib Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından bildirilən məlumata görə, tamaşaya K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze quruluş verəcək. Tamaşada Azərbaycan və gürcü aktyorları rol alacaqlar. Azərbaycan və Gürcüstan sənətçilərinin müştərək işi olacaq bu tamaşanın hazırlıqlarına bu yaxınlarda başlanılacaq.

Qeyd edək ki, Azərbaycan teatrı müxtəlif ölkə rejissorlarına müraciət etdiyi kimi, yerli rejissorlar da müxtəlif ölkə teatrlarına dəvət olunurlar. Bir neçə azərbaycanlı rejissor Moldova, Krım və Şimalı Kiprin teatrlarından dəvət alıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar