Sehirli rənglər diyarı
21 Aprel 2012 Şənbə 12:08
Eurovision.tv-də saytında Azərbaycandan daha bir təqdimat videosu yayımlandı.
Eurovision TV izləyicilərini bu dəfə Azərbaycanın sehirli rəngləri ilə tanış olub. Eurovision Mahnı Müsabiqəsinin sevincini paylaşan gənc rəssamlar sehirli və əlvan rənglər diyarından Eurovision ailəsinə salam göndərib.

Bakı Rəssamlıq Akademiyasının tələbələri Eurovision Mahnı Müsabiqəsinə dəstək olaraq Eurovision Mərkəzinin qarşısında rəsmlər çəkiblər. Rəssamlar 5 saatadək davam edən aksiyada Eurovision mövzusuna dair müxtəlif rəsmlər işləyiblər. Dənizkənarı Milli Parkdakı xoş dəqiqələrlə dolu bu aksiya paytaxt sakinlərinin marağına səbəb olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar