Mədəniyyət

Səbinə səhnədə çox həyacanlıdı...

"Eurovision 2012" təmsilçimiz "Bakı Kristal Zalı"n səhnəsindədir.

· Xəbərçi
Səbinə səhnədə çox həyacanlıdı...
"Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva hal-hazırda "Bakı Kristal Zalı"nın səhnəsində məşq edir. ANS PRESS-in məlumatına görə, təmsilçimiz məşqinə 1 saat gecikmə ilə, saat 18:00-da başlayıb.

Səbinə Babayeva səhnədə çox həyacanlı görünür. Yerlə sürünən uzun ətəkli, çiyinləri və ətəklərində lələklərlə, sinəsi qaşlarla bəzənmiş möhtəşəm səhnə libası deyəsən Səbinəyə mane olur. Köməkçiləri məşqin çox hissəsini onun səhnə geyimini düzəltməklə məşğul olurlar.

"Bakı Kristal Zalı"da səhnənin uzaq bir küncündə bardaş qurub oturan Alim Qasımovun sehrli səsi Səbinənin gözəl ifasının fonunda səslənir. Səbinə ilə səhnəyə Alim Qasımovdan başqa 3 bek-vokal qız var.

Qeyd edək ki, məşq davam edir.

Şərhlər