Rafael İsgəndərov: «Mən hələ 1 aprelin nə günü olduğunu aydınlaşdıra bilməmişəm»
01 Aprel 2009 Çərşənbə 16:20
Aktyor ANS-ə dəvət ediləndə belə, bunun zarafat olduğunu düşündüyünü bildirib

«Mən hələ aydınlaşdıra bilməmişəm ki, 1 aprel nə günüdür. Zarafat günü, aldatma günü, yoxsa səfehlər günü?». ANS-in qonağı olan aktyor Rəfael İsgəndərov artıq bu gün bir necə nəfəri aldatdığını bildirib. Aktyor hətta ANS-ə dəvət ediləndə belə, bunun zarafat olduğunu düşünüb. « Bir neçə dəfə zəng olandan sonra  əmin oldum ki, bu qədər böyük zarafat olmaz».
Aktyorun sözlərinə görə, artıq bu il başlayandan üç gün xalq üçün zarafat edib. «Adi günlərdə isə demək olar ki, hər gün zarafat edirəm. Bu yolla çalışırıq ki, öz əhval -ruhiyyəmizi qaldıraq». /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar