Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslim Maqomayevin 70 illiyi ilə əlaqədar tədbirlərə start verilib. Sabah Qəbələdə Müslim Maqomayevın 70 illyinə həsr olunan 4-cü Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalda iştirak etmək üçün Müslim Maqomayevın həyat yoldaşı Tamara Sinyavskaya da Azərbaycana gəlib. O, festivalda fəxri qonaq kimi iştirak edəcək.
Festivalda Muslim Maqomayevin repertuarından mahnılar ifa olunacaq. Tamara Sinyavskaya Müslim Maqomayevin xatirəsinə həsr olunan konsertlərin bir çox yerlərdə, eləcə də “Krocus City Holl”da keçiriləcəyini bildirib.
Fəxri Xiyabanda Müslim Maqomayevin məzarını ziyarət edən Tamara Sinyavskaya onun xatirəsini yad edib, məzarı üstünə güllər qoyub.
Qəbələ Musiqi Festivalında Müslim Maqomayev anılacaq
Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artistinin 70 illiyi ilə əlaqədar tədbirlərə start verilib.




Şərhlər