Mədəniyyət

"Ölüm növbəsi" filminin çəkilişləri bitmək üzrədir

Mədəniyyət Nazirliyinin sifariş olan yeni filmin çəkilişləri bitmək üzrədir, Film "Ölüm növbəsi" adlanır

· Xəbərçi
"Ölüm növbəsi" filminin çəkilişləri bitmək üzrədir
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən "Ölüm növbəsi" adlı filmin çəkilişləri yekunlaşmaq üzrədir. Filmdə baş rolu Xalq yazıçısı Elçinin ssenarisi ilə çəkilmiş "Baladadaşın ilk məhəbbəti" filmində Şamil rolu ilə sevilən aktyor Şamil Süleymanlı ifa edəcək. Filmdəki Şamil iki il sürən letargiya yuxusundan oyanır və özündə görücülük qabiliyyətini aşkar edir. Filmdə Şamil Süleymanlının tərəf müqabili "Xalq ulduzu" yarışmasının iştirakçısı müğənni Mirkamildir. Filmin ssenari müəllifi və rejissoru Fikrət Əliyevdir. Çəkilişlərin bitməsinə bir səhnə qalıb.
 
/ANS PRESS/

Şərhlər