Nizami Gəncəvinin 870 illik yubileyi keçiriləcək
23 Dekabr 2011 Cümə 20:22
Prezident İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkirin yubileyinin keçirilməsi haqqında sərəncam izmalayıb.
Azərbaycan prezidenti İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncam izmalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: