Nəzəkət Teymurova ingilisləri valeh edib
06 Avqust 2012 Bazar Ertəsi 15:42
Nəzəkət Teymurovaya artıq İngiltərədən dəvətlər gəlir.
Azərbaycanın xalq artisti Nəzakət Teymurova bu dəfə də Londonu heyrətləndirməyi bacarıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan xanəndəsi Londanda keçirilən ənənəvi WOMAD (“Dünya ölkələrinin musiqisi və rəqsləri”) festifalda iştirak etməyə dəvət alıb. Sözügedən festival 30 il ərzində hər il iyul ayının axırlarında Londonun yaxınlığında yerləşən Viltşir şəhərciyində keçirilir. Bu il həmin festivala Nəzakət Teymurova dəvət olunub. Azərbaycan sənətçisi festifalda Azərbaycanı təmsil edib. Azərbaycanın xalq artistini tarda əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda əməkdar artist Fətəliyev müşayət ediblər.

Qeyd edək ki, Nəzakət Teymurova festifala musiqişünas Sənubər Bağırovanın təşəbbüsü ilə qatılıb. Festifal BBC radiosu vasitəsilə də canlı yayımlanıb. BBC Radiosu vasitəsilə canlı yayımlanan festifalda Azərbaycan sənətçisinin bir saat davam edən çıxışı dinləyicilərə böyük zövq verib. Azərbaycan xanəndəsinin ifası böyük alqışlarla qarşılanıb. Festifalı işıqladıran xarici jurnalistlər, İngiltərə mətbuatı bu barədə geniş məlumatlar yazıbar, telekanallar bu barədə materiallar hazırlayıb, bir çox nüfuzlu İngiltərə qəzetlərində məqalələr yer alıb. Konsertdən sonra da Azərbaycanın xalq artistinə böyük maraq yaranıb və sənətçimiz bir neçə jurnal və qəzetlərə müsahibə verib. Onun "WOMAD"dakı çıxışını təşkil edən YUNESKO-nun eksperti Sənubər Bağırovanın poçtuna gəlmiş ilk rəylər Nəzakət Teymurovanın böyük uğurunu təsdiqləyirlər. İngiltərənin ən nüfuzlu qəzetlərindən sayılan ”London Evening Standard” qazetində Samon Broutonun imzasında sənətçimiz haqqında belə yazılıb: “Ən təsirli səs Azərbaycanlı Nəzakət Teymurovanın idi” /The most profound vojals jame from Azerbaican’s Nazaket Teymurova/.

Ümumiyyətlə Nəzakət Teymurovanın Londonda keçirilən festifaldakı çıxışından sonra onun haqqında Azərbaycana çoxsaylı rəylər göndərilib. Xüsusilə də Sənubər Bağırovaya ünvanlanan məktbublarda Azərbaycan sənətçisinin təsirli səsindən, xalq artistimizin səsinin, ifasının bənzərsizliyindən danışılır. İngilis dinləyijisi Culian Le Bas-ın BBC Radio 3-ə və S.Bağırovaya ünvanlanan məktubunda da sənətçimiz haqqında xoş fikirlər səsələnib: “Nəzakət Teymurovanın və onun ansablının qeyri-adi çıxışına mənim reaksiyama gəldikdə isə, “Bu bir möcüzə idi! Musiqi mənə o qədər dərin təsir buraxmışdır ki, mən özümü lap əvvəl andan onun cazibəsi altında hiss edirdim. Mən heç vaxt belə hərarətli musiqiyə rast gəlməmişdim! Son musiqi nömrələri isə ifa olunarkən, mən göz yaşlarımı saxlaya bilmirdim... Mən Sizə hədsiz dərəcədə minnətdar olardım, əgər Siz mənim bu sözlərimi Nəzakət xanımın özünə çatdıra bilsəydiniz”

Festivalın ən uğurlu çıxışlarından Hind, Filandiya və Azərbaycan musiqiçilərinin çıxışları xüsusi vurğulandı. Nəzakər Teymurova haqqında isə rəyçi belə yazmışdı: “Ən təsirli oxuma Azərbaycandan Nəzakət Teymurovadan gəldi” /The most profound vojals jame from Azerbaican’s Nazaket Teymurova/.

Bundan əlavə xalq artistimiz Londonun Mərkəzi Kitabxanasına dəvət olunub. Londonun Mərkəzi kitabxanısında olarkən Azərbaycanın xalq artisti öz disklərini Kitabxanaya hədiyyə edib. İngilis oxucuları görüş zamanı bu hədiyyənin onlar üçün böyük əhəmiyyət daşıdıqlarını dilə gətiriblər.

Məlumat üçün onu da qeyd edək ki, Nəzakət Teymurova ilk dəfə İngiltərədə qostol səfərində olub. Xalq artistimizin ifası, çıxışı o qədər ingilisləri heyrətləndirib ki, sənətçimiz bir neçə konsert təklifi alıb. Nəzazət Teymurova bu təklifləri dəyərləndirirdikdən sonra İngiltərənin bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar