Elçinin “Ulduzlar altında cinayət” tamaşası Moskvada nümayiş etdiriləcək, Tamaşaya rejissorluğu Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova edəcək
İstanbul Bələdiyyəsi Şəhər Teatrı Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın rejissorluğu ilə Elçinin “Ulduzlar altında cinayət” (“Qatil”) tamaşasını ilk dəfə Moskvada nümayiş etdiriləcək. "AzərTAc"ın məlumatına görə, tamaşa Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya nümayəndəliyi və Moskvadakı Nəsibə Zeynalova adına Azərbaycan Musiqili-Estrada Teatrının birgə təşəbbüsü ilə martın 22-də Moskvada “Ostankino” konsert salonunun Kral sarayında oynanılacaq.
Qeyd edək ki, “Ulduzlar altında cinayət” tamaşası 2007-ci ildə Krımda keçirilən Teatrlar Festivalında nümayiş edilmiş, elə həmin ilin dekabr ayında Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Bakıya dəvət olunub.
/ANS PRESS/