
Mənsum İbrahimov ANS PRESS-ə açıqlamasında həmin gün Məcnun obrazını 117-ci dəfə oynayacağını deyir: “Həmin gün mən səhnəyə 117-ci dəfə Məcnun olaraq çıxacam. Buna baxmayaraq hər dəfə özümdə məsuliyyət hiss edirəm. “Leyli və Məcnun” mənim üçün o qədər əzizdir ki, səhnəyə Məcnun kimi neçə dəfə çıxdığımı belə sayıram”.

Xatırladaq ki, 1908-ci il yanvarın 12-də, Tağıyev teatrında Şərqin ilk operası “Leyli və Məcnun” 22 yaşlı Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycan xalqına bəxş edilib. Bununla da təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyuldu.
Məcnun rolunun ilk ifaçısı olan Hüseynqulu Sarabskinin adı isə əbədi olaraq tarixə həkk olundu. İlk tamaşanın rejissoru Hüseynqulu Sarabski, ikinci rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir bəyin özü orkestrdə skripkada ifa edirdi. Qurban Pirimov isə sədəfli tarı ilə tamaşanı müşayiət edirdi.




Şərhlər