Məhəmməd (Ə.S.) peyğəmbər üçün toxunan xalça hərracda satılıb
20 Mart 2009 Cümə 13:40
“Barodanın İnci Xalçası” kimi tanıdılan əsərin hazırlanmasında 2 milyon təbii inci, bundan başqa yüzlərlə brilliant, sapfir, yaqut və zümrüd qaşlardan istifadə olunub

Təxminən 150 il bundan əvvəl Hz. Məhəmmədin (Ə.S.) qəbrinin üstünü örtmək üçün sifarişlə Hindistanda toxudulan xalça hərracda satışa çıxarılıb. BBC-nin məlumatına görə, “Barodanın İnci Xalçası” kimi tanıdılan əsərin hazırlanmasında 2 milyon təbii inci, bundan başqa yüzlərlə brilliant, sapfir, yaqut və zümrüd qaşlardan istifadə olunub. Xəbərdə, xalçanın 1860-cı ildə hazırlandığı, ancaq iş başa çatana qədər sifarşçi öldüyü üçün xalçanın Hindistanda qaldığı bildirlir. 100 il əvvəl Hindistanda bir sərgidə nümayiş olunan xalça daha sonra Monakoya aparılıb. Qətərin paytaxtı Duhada hərraca çıxarılan xalça 5.5 milyon dollara satılıb. Xalçanı alanın şəxsiyyəti barədə isə məliumat verilmir. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar