Mahmud və Məryəm çəkiliş heyəti Azərbaycanı tərk etdi
02 Avqust 2012 Cümə Axşamı 17:17
Mahmud və Məryəm çəkiliş heyəti Azərbaycanı tərk etdi. Filmin Azərbaycan çəkilişləri başa çatıb.
Yazıçı Elçinin romanı əsasında çəkilən, Azərbaycan və Türkiyənin birgə işi olan “Mahmud və Məryəm” tammetrajlı filminin ölkəmizdəki çəkilişləri başa çatıb. ANS PRESS-in məlumatına görə, çəkiliş qrupu dünən Bakını tərk edib.

Çəkilişlər İçəri Şəhərdə yerləşən “Karvansaray”da aparılıb. Ssenariyə uyğun olaraq “Keşiş” və “Məryəm”ə aid bir neçə səhnənin çəkilişi başa çatıb. Çəkiliş heyəti Bakını bu gün tərk edəcək.

Bu münasibətlə qrup kiçik məclis təşkil edib. Azərbaycan və Türkiyə bayraqları sancılan tort kəsildikdən sonra filmin yaradıcı heyəti Azərbaycanda keçirdiyi günləri xoş xatirələrlə yada salıb. Məclisdə azərbaycanlı aktyorlardan Ziyadxan obrazını canlandıran Fəxrəddin Manafov, Mirza Şalman obrazını canlandıran Şamil Süleymanov da olub. Filmin prodüseri Sevda Kayğısız çəkilişlərdən məmnun qaldığını söyləyərək, yüksək qonaqpərvərliklə qarşılandıqlarını söyləyib. Havaların isti keçməsini baxmayaraq uğurlu iş təqdim edəcəklərini əminliklə ifadə edən prodüser bildirib ki, çəkilişlər Türkiyədə davam edəcək.

Aktyorlar 3 ay ərzində döyüş səhnələri, at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər. Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyalar qurulan 8 000 kv.m böyük bir yaylaqda çəkiləcək.

Qeyd edək ki, film bir çox vizual effekti əks etdirəcəyi üçün post-produksion mərhələsi də 3 ay davam edəcək. 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.


















DOSTLARINLA PAYLAŞ:

oyunlar