Leyli və Məcnun operasının audio versiyası hazırlanır
21 Mart 2012 Çərşənbə 19:42
Mənsum İbrahimov: “Azərbaycanda keçiriləcək “Eurovision- 2012” mahnı müsabiqəsinədək audiodisk hazır olacaq”.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk dəfə olaraq audio versiyası hazırlanır. Layihəni Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Konservatoriyası ilə birlikdə reallaşdırır.
Bu barədə məlumat verən xalq artisti Mənsum İbrahimov deyib ki, ilk dəfə olaraq studiya səviyyəsində audiodisk hazırlanacaq. Orkestr yazılışları və xor hissəsi artıq başa çatıb, audiolent yazısına başlanılıb.
M. İbrahimov bildirib ki, Azərbaycanda keçiriləcək “Eurovision- 2012” mahnı müsabiqəsinədək audiodisk hazır olacaq.
DOSTLARINLA PAYLAŞ: