Azərbaycan prezidenti İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb.
ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 (üç yüz) min manat ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Həsən bəy Zərdabi muzeyinin təmirinə 300 min manat ayrılıb
İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb.




Şərhlər