Gəncədə «Uşaq bayramı» qeyd olunub
05 May 2009 Çərşənbə Axşamı 19:10
Gəncənin «Sərdar bağı» bütünlüklə körpələrin ixtiyarına verilib. Gəncədə «Uşaq bayramı» qeyd olunub.

Bu gün Gəncə şəhərində «Uşaq bayramı» qeyd olunub. «Uşaq ili» ilə bağlı ilin əvvəlindən məktəb və məktəbəqədər müəssisələrdə başlanan müxtəlif məzmunlu ədəbi-bədii, ələncəli tədbirlərin yekunu olaraq körpələrin iştirakı ilə «Sərdar bağı»nda bayram şənliyi təşkil olunub. Bayram şənliyində ən yaxşı çıxışları ilə yadda qalan 10 məktəb və məktəbəqədər müəssisələrin körpələrinin ifasında musiqi və rəqslər, əl işləri və s. ibarət sərgi tamaşaçıların marağına səbəb olub. Eyni zamanda asfalt üzərində müxtəlif məzmunlu (sülh, nağıl qəhrəmanları və s.) rəsm nümunləri də nümayiş olunub.
39 saylı məktəbin şagirdlərinin 30 ölkə arasında 4-cü olmuş ekoloji layihəsi də diqqət mərkəzində olub. Təbiətin qorunması ilə bağlı maket şəklində hazırlanmış əl işi ümumi evimiz olan dünyanın qorunmasına ən yaxşı çağırış kimi qiymətləndirlib.
Qeyd edək ki, hər iki əlamətdar gün ilə bağlı indiyədək uşaqların iştirakı ilə ədəbi-bədii gecələr, müxtəlif idman yarışları təşkil olunub. Heydər Əliyevin xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsi də yekunlaşıb. Gəncə şəhəri 5 saylı orta məktəbin şagirdi qalib qismində olub. Sözügedən tədbirlərin davamı olaraq rəsm, xor müsabiqəsi və «Biz dünyaya sülh isəyirik» adlı ədəbi-bədii tədbirin də reallaşacağı gözlənilir. /"ganca.az"/



DOSTLARINLA PAYLAŞ:

oyunlar