Mədəniyyət

Gəncədə Nizami Gəncəvinin müzeyi inşa ediləcək

Müzeydə dahi şairin əlyazmaları, ona aid miniatür əl işləri, dünya alimlərinin onun haqqında əsərləri nümayiş etdiriləcək.

· Xəbərçi
Gəncədə Nizami Gəncəvinin müzeyi inşa ediləcək
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Gəncədə müzeyi inşa ediləcək. Bu barədə AzərTAc-a Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Elmi Mərkəzinin direktoru, professor Fuad Əliyev məlumat verib. O bildirib ki, şairin məqbərəsi yaxınlığında tikiləcək müzeydə Nizami Gəncəvinin əlyazmaları, ona aid miniatür əl işləri, dünya alimlərinin onun haqqında əsərləri və sair eksponatlar nümayiş etdiriləcək.

Şərhlər