Eurovision 2012 təmsilçiləri Amsterdamda
24 Mart 2012 Şənbə 18:44
Eurovision 2012 təmsilçiləri Amsterdamda. 22 ölkənin ifaçısı konsertə gəlir.
“Eurovision” Mahnı Müsabiqəsinin daha iki təmsilçisi aprelin 21-də Amsterdamda keçiriləcək "Eurovision in Consert"də iştirak edəcək. ANS PRESS-in müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Rumıniyanın “Eurovision 2012” təmsilçisi Mandinga və Yunanıstanın şoudakı ifaçısı Eleftheria Eleftherioudur. Bununla da Amsterdamda 22 ölkənin “Eurovision 2012” təmsilçisinin ifalarını təqdim edəcəkləri təsdiqlənib.
Amsterdam layihəsi iki hissədən ibarətdir - yanlız mətbuat üçün olan proqram və ifaçıların konserti.
Konsertdə bu günədək qeydiyyatdan keçənlər bunlardır:
İrlandiya - Jedward - Aterline
İspaniya - Pastora Soler - Quédate conmigo
Fransa - Anqun - You and I
Yunanıstan - Eleftheria Eleftheriou - Aphrodisiac
Rumıniya - Mandinga - Zaleilah
Ukrayna - Gaytana - Be my guest
Kipr - İvi Adamou - La la love
Bolqarıstan - Sofi Marinova - Love unlimited
Türkiyə - Can Bonomo - Love me back
İsveçrə - Sinplus - Unbreakable
Sloveniya - Eva Boto - Verjamem
Latvita - Anmari - Beautiful song
Belçika - İris - Would you
Makedoniya - Kaliopi - Crno i belo
San Marino - Valentina Monetta - The social network song
Macarıstan - Compact Disco - Sound of our hearts
Niderland - Joan Franka - You and me
Gürcüstan - Anri Jokhadze - I'm a joker
Avstriya - Trackshittaz - Woki met deim Popo
Litva - Donny Montell - Love is blind
Finlandiya - Pernilla - När jag blundar
Albaniya - Rona Nishliu - Suus
Konsert Amsterdamın “Melkwegarena” meydanında keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: