“Eurovision-2012”nin səhnə konsepsiyası hazırlanır
22 Dekabr 2011 Cümə Axşamı 15:30
Hazırlanmış səhnə dizaynı bugünədək izlənilən Eurovision şoularından tamamilə fərqlənir.
“Eurovision Mahnı Müsabiqəsi-2012”də şounun təşkili üzrə işlər davam edir. Artıq şounun səhnəsinin və “green room”un (çıxışçıların gözləmə otağı) konsepsiyanın bir neçə variantı hazırdır. "Eurovision Mahnı Müsabiqəsi-2012" İşçi Qrupundan ANS PRESS-ə verilən məlumata görə, “Eurovision Mahnı Müsabiqəsi-2012” şousunun təşkilində rəsmi tərəfdaş olan Almaniyanın “Brainpool GmbH” şirkəti ilə birgə hazırlanan konsepsiya həm səhnə quruluşu, həm də texniki təchizatına görə öz möhtəşəmliyi ilə seçilir. Hazırlanmış səhnə dizaynı bugünədək izlənilən Eurovision şoularından tamamilə fərqlənir.

Diqqət çəkən digər məqam odur ki, şouda indiyədək tətbiq olunmayan müasir işıq və digər effektlərdən istifadə ediləcək. Hazırda bu layihələr üzərində iş davam edir.

Bununla yanaşı azərbaycanlı mütəxəssislər 2012-ci ilin mayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində şounun konsepsiyasını hazırlayır. Bu konsepsiyada zəngin tarixə malik qədim Şərq ölkəsi Azərbaycana məxsus elementlərin əks olunması nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar