Erməni musiqiçilər Bakıda konsert proqramı ilə çıxış edəcəklər
09 Avqust 2012 Cümə Axşamı 17:57
Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi “I, Culture Оrchestra” layihəsi çərçivəsində Bakıya gələcək.
Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi “I, Culture Оrchestra” layihəsi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər. APA-nın “Armenpress”ə istinadən yaydığı məlumata görə, layihə çərçivəsində erməni musiqiçilərin Lyublyana, Varşava, Minsk, Kiyev, Kişinyov, Tiflis və Bakıda konsertləri nəzərdə tutulur. Konsertlər avqustun 24-dən sentyabrın 2-dək keçiriləcək.
“I, Culture Оrchestra” - Adam Mitskeviç İnstitutu tərəfindən yaradılmış layihədir və 2011-ci ildə Polşanın Avropa Birliyinə sədrliyi dövründə mədəni mübadilə proqramlarının əsas elementlərindən sayılır. Bu layihə “Şərq Tərəfdşlığı” proqramı çərçivəsində iştirakçı ölkələrin gənc musiqiçilərini bir araya gətirməyi nəzərdə tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar