“Muğam aləmi” beynəlxalq muğam festivalı çərçivəsində növbəti konsert proqramı Beynəlxalq Muğam Mərkəzində keçirilib. Tədbirdə Alim Qasımovla yanaşı iranlı xanəndə Müzəffər Şafiinin və iraqlı xanəndə Hüseyn Əl Ədhəminin ifaları dinlənilib. ANS-in məlumatına görə, mərasimdə xarici qonqlarla yanaşı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dörsi də iştirk edib.
Tədbiri xalq artisti Alim Qasımov “Çahargah” muğam dəstgahı ilə açıb. Xalq artisti Alim Qasımov xanəndə qızı, əməkdar artist Fərqanə Qasımova ilə bərabər çıxış edib. İranın “Marağc”, İraqın “Əl-ədhəmi” ansambllarının çıxışı da maraqla qarşılanıb.
Qeyd edək ki, Muğam Mərkəzində növbəti konsert proqramı bu gün baş tutacaq. Muğam gecəsində Azərbaycanı Zabit Nəbizadə “Şur” muğam dəstgahı ilə çıxış edəcək. Misirin “Əl-Ədvar”, Hindistanın “Vasumati badrinatan” ansambllarının da çıxışı olacaq.
/ANS TV/