Mədəniyyət

Əbülfəs Qarayev xalq artistlərinə xəbərdarlıq edilməsinə münasibət bildirib

Əbülfəs Qarayev: "Hər kəs nizam-intizama riayət etməlidir!".

· Xəbərçi
Əbülfəs Qarayev xalq artistlərinə xəbərdarlıq edilməsinə münasibət bildirib
Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Akademik Milli Dram Teatrının aktyorlarına xəbərdarlıq edilməsi ilə bağlı məsələyə münasibət bildirib. Nazir hesab edir ki, bu, qeyri-adi hal deyil.

"İstər xalq artisti, istər hansısa teatr işçisi olsun, hamı iş rejiminə riayət etməlidir. Bu, teatrdaxili məsələdir və fikrimcə, burada qəribə bir şey yoxdur. Bu, nizam-intizam məsələsidir. Xalq artisti, əməkdar incəsənət xadimi, adi aktyor, onların hər biri kollektivin üzvləridir. Hər kəs nizam-intizama riayət etməlidir!", deyə nazir bildirib.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun xalq artistləri Rəfael Dadaşov, Ramiz Novruzov və Məleykə Əsədova, eləcə də aktyor Tofiq Hüseynova nizam-intizamı pozduğuna görə xəbərdarlıq etməsi heç də birmənalı qarşılanmamışdı. Rəfael Dadaşov buna etiraz edərək, "Xalq artistləri ilə belə davranmaq olmaz!",-demişdi.

Şərhlər