Türkiyənin Qaziantep şəhərində «Miss Civilization Of The World» (Dünya Mədəniyyət gözəli) yarışması keçirilib. Müsabiqədə Azərbaycan təmsilçisi Şövkət Qasımova da iştirak edib. Ş.Qasımova «Ən yaxşı geyim» nominasiyasında mükafat qazanıb. Xatırladaq ki, Şövkət Qasımova “Best model of Azerbaijan-2008” yarışmasında ikinci yer qazanmışdı.
Türkiyədə keçirilən müsabiqəyə 17 ölkənin nümayəndəsi qatılıb. Bunlar Türkiyə, Azərbaycan, Belarus, Latviya, Litva, Çernoqoriya, Almaniya, Qazaxıstan, Kosovo, Estoniya, Hollandiya, Ukrayna, Serbiya, İspaniya və Finlandiya kimi ölkələrdir. Qeyd edək ki, müsabiqənin qalibi adını Almaniya təmsilçisi Katya Bondarenko qazanıb. İkinci Latviyadan olan Leva Lase, 3-cü Estoniyadan olan Diana Moşnaya, 4-cü isə Türkiyədən olan Eda Erkut olub. Bundan əlavə, müsabiqədə müxtəlif nominasiyalar üzrə də mükafatlar təqdim edilib. /ANS PRESS/