Bü gün Xalq şairi Səməd Vurğunun doğum günüdür
21 Mart 2012 Çərşənbə 19:30
Böyük şairin anadan olmasından 106 il keçir.
Bu gün Azərbaycanın ilk Xalq şairi, bahar təravətli şeirlərini bütün azərbaycanlıların əzbər bildiyi Səməd Vurğunun doğum günüdür. Baharın ilk günündə, Qazax rayonunda dünyaya göz açan böyük şairin anadan olmasından 106 il keçir.

Səməd Vurğunu Azərbaycan xalqına sevdirən onun şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı dərin mənalılıqdır. Onun “Azərbaycan” şeiri ilə dillər əzbəridir.

Səməd Vurğun bu dünyada cəmi 50 il yaşayıb. Onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib. Xalq şairi baharda doğulduğu kimi, elə 1956-cı ilin baharında da dünyasını dəyişib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar