Bu gün Xalq artisti Vasif Adıgözəlovun ad günüdür
28 İyul 2012 Şənbə 07:31
Vasif Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasını iki ixtiasa üzrə bitirib.
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayan bəstəkar sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirb. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib. 1973-cü ildə «Əməkdar incəsənət xadimi», 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülüb.

1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını alıb. 1995-ci ildə «Şöhrət ordeni» ilə təltif olunub. Bakı Musiqi Akademiyasında «xor dirijorluğu» kafedrasına rəhbərlik edib.

V. Adıgözəlov 4 simfoniyanın, 2 operanın, 5 musiqili komediyanın, 6 instrumental konsertin, 4 oratoriyanın, 3 kantatanın, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar