Berlində Azərbaycan Rəqs Məktəbi açılıb
03 Yanvar 2012 Çərşənbə Axşamı 19:42
Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Rəqs Məktəbi açılıb.
Bu barədə APA-ya Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının həmsədri Bədiyə Parlar məlumat verib. Onun sözlərinə görə, dərslər 2012-ci il yanvarın 7-də başlayacaq: “Azərbaycandan uzaqda yaşadığımız üçün dilimizi, mədəniyyətimizi, milli varlığımızı qorumalı və yeni nəslə ötürməliyik. Bu, bizim milli vəzifəmizdir. Bu məqsədlə də Azərbaycan Mədəniyyət Ocağı olaraq belə bir məktəb açmağı qərara aldıq. Dərslər hər həftənin şənbə günü yerli vaxtla saat 18:00-da başlayacaq. Azərbaycan milli rəqslərini öyrədəcəyik. Rəqs müəllimlərindən biri də mən olacağam”.

Bədiyə Parlar əlavə edib ki, rəqs dərslərində tək azərbaycanlılar deyil, Almaniyada yaşayan türkiyəlilər də iştirak edə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar