Bakıda İslam dünyası gənc musiqi ifaçılarının müsabiqəsi keçiriləcək
26 Mart 2012 Bazar Ertəsi 01:17
Hazırda iştirakçı ölkələrin sifariş ərizələri qəbul olunmaqdadır.
“Kainat” Gənclik Mərkəzi aprelin 27-28-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında İSESCO-nin dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə 20 yaşadək İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının müsabiqəsini keçirəcək.

Mərkəzdən verilən məlumata görə, hazırda iştirakçı ölkələrin - Türkiyə, Mərakeş, Misir Ərəb Respublikası , Tunis, Özbəkistan, Qazaxıstan, Rusiya (Tatarıstan) və Azərbaycanın sifariş ərizələri qəbul olunmaqdadır.

Azərbaycanı bu müsabiqədə təmsil edəcək iştirakçıların seçim turuna martın 30-da Bakı Musiqi Akademiyasında başlanılacaq.

Daha geniş məlumatı www.kainat.az saytından və 498-02-95, 493-03-81 telefon nömrələrinə zəng vurmaqla əldə etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar