Bakı Musiqi Akademiyasının əməkdaşlarına medal və fəxri adlar verilib
20 Dekabr 2011 Çərşənbə Axşamı 19:40
Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib:

Ağayeva Rəna Knyazevna
Bədirxanov Tofiq Nurəli oğlu
Çumakov İvan Nikolayeviç
Əliyeva Hökümə Natiq qızı
Əlizadə Züleyxa Əli Ağa qızı
Hüseynova Larisa Musayevna
İmanova Gülarə İsmayıl qızı
Rəhimova Nigar Alim qızı
Rüstəmova Afaq Adil qızı
Safina Zeynab Dayanşayevna
Səfərova Xavər İbiş qızı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında da sərəncam imzalayıb. Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Kərimova Rumiyya Həmid qızı
Tağızadə Aidə Zeynal qızı

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adlar verilib. Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq Artisti"

Adıgözəl-zadə Murad Zöhrab oğlu
Hüseynov Murad Fərid oğlu
Kərim Məcnun Təbriz oğlu

"Əməkdar Artist"

Məmmədov Emil Əfrasiyab oğlu
Növrəsli Şahin Növrəs oğlu
Rzayev Sarabski İsfar Aydın oğlu

"Əməkdar İncəsənət Xadimi"

Axundova-Dadaşzadə Zümrüd Araz qızı
Allahverdiyev Ceyhun Kərim oğlu
Əhmədova-Əliyeva Mehriban Fikrət qızı
Əsədullayev Arif Murtuza oğlu
Məlikova Şirin Arif qızı

"Əməkdar Müəllim"

Aslanov Tofiq Rüstəmoviç
Babayeva Rasimə Əhməd qızı
Bağırova Şahnabat Zəkəriyyə qızı
Bakixanova Zərifə Musa qızı
Barinova Svetlana Nikolayevna
Çanturiya Nazi Qeorgiyevna
Dadaşova Lalə Oruc qızı
Əlizadə Asəf Fazil oğlu
Hüseynova Tamila Məmməd qızı
İmanova Ülviyyə İsmayıl qızı
Kəngərlinskaya Tamila Fərrux qızı
Qafulov Aqil Müzəffər oğlu
Qarayusifli Yaşar Qurban oğlu
Qasımova Solmaz Calal qızı
Quliyev Məmməd Həsən oğlu
Quliyeva Nərminə Əhməd qızı
Mehdiyeva Lalə Rza-Qulu qızı
Məmmədova Leyla Bağır qızı
Mərdanov Nurətdin Mərdanoviç
Muradova Aliyə Mehrəli qızı
Rəhimova Xavər Hüseynovna
Salam Zadə Dögüş Salam qızı
Yusifova Adilə Niyazi qızı

"Əməkdar Mədəniyyət İşçisi"

Əliyarova Dürdanə Yavus qızı


DOSTLARINLA PAYLAŞ:

oyunlar