Mədəniyyət

Azərbaycanlı ifaçı İsfar Sarabski səhnəni dünya ulduzları ilə paylaşacaq

Pianoçu İsfar Sarabski UNESCO-nun Böyük zalında çıxış edəcək.

· Xəbərçi
Azərbaycanlı ifaçı İsfar Sarabski səhnəni dünya ulduzları ilə paylaşacaq
Aprelin 27-də Parisdə, UNESCO-nun Böyük zalında Beynəlxalq Caz Gününə həsr olunmuş konsert keçiriləcək. Dünya caz ulduzlarının iştirakı ilə keçiriləcək konsertdə Azərbaycanın əməkdar artisti, pianoçu İsfar Sarabski də çıxış edəcək. İsfar Sarabskini saksafonda İqor Butman, barabanda Terri Lin Karrinqton, basda isə Ben Uilyams müşayiət edəçəklər.

Şərhlər